Argentina yığmasının rəhbərlik edən Lionel Skaloni ötən ilin ən yaxşı məşqçisi seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu, “FIFA Best” mərasimində məlum olub.
Parisdə keçirilən mərasimdə ilk üçlüyə İspaniyanın “Real” klubunun italiyalı çalışdırıcısı Karlo Ançelotti və İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola da daxil olub.
Qeyd edək ki, Skalonun rəhbərliyi altında argentinalılar 2022-ci il dünya çempionatında qalib gəlib.
Son xəbərlər
Son Xəbərlər