Ötən ilin ən yaxşı qapıçısı seçildi

oten-ilin-en-yaxsi-qapicisi-secildi
Oxunma sayı: 1382

FİFA 2021-ci ilin ən yaxşı kişi qapıçısının adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, "Çelsi"nin qolkiperi Eduar Mendi bu ada layiq görülüb. O, səsvermədə PSJ-dən Canluici Donnarumma və "Bavariya"dan Manuel Noyeri qabaqlayıb.

Xatırladaq ki, Mendi UEFA-dan da 2021-ci ilin ən yaxşı qapıçısı mükafatını qazanıb.