Ötən mövsümün bombardiri rəsmən “Zirə”də -

oten-movsumun-bombardiri-resmen-zirede-
Oxunma sayı: 990


“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olan Nurlan Novruzov komandanın sıralarına qoşulub. 

“Bakı” klubu ilə razılığa əsasən Nurlan 6 aylıq icarə əsasında “Zirə”də çıxış edəcək. Ancaq Novruzovla müqavilənin müddəti artırıla da bilər. 

Bu haqda artıq futbolçu ilə şifahi razılıq əldə olunub. Klublar arasında da razılıq əldə olunarsa, 6 aydan sonra Nurlan Novruzovla müqavilənin müddətinin artırılması mümkündür.

“Qafqazinfo”