Ötən sutka 2 nəfər xilas edilib - Video

oten-sutka-2-nefer-xilas-edilib
Oxunma sayı: 1169

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib.