Ötən sutka mənzillərdən 2 nəfərin meyiti tapılıb

oten-sutka-menzillerden-2-neferin-meyiti-tapilib
Oxunma sayı: 1959

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib. Həmçinin Bakı şəhərinin Yasamal rayonunda 1947-ci il təvəllüdlü Qurbanova Solmaz Osman qızının və Şirvan şəhərində 1965-ci il təvəllüdlü Qarayev Zöhrab Mətləb oğlunun meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.