Ötənilki dövlət büdcəsində 1 milyarddan çox qalıq olub

otenilki-dovlet-budcesinde-1-milyarddan-cox-qaliq-olub
Oxunma sayı: 1764

2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 30 660,6 milyon manat, xərcləri isə 32 008,3 milyon manat təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bu, 2021-ci illə müqayisədə müvafiq olaraq 16,2% və 16,7% çoxdur.

Son nəticədə ötən il büdcədə 1 347,7 milyon manat qalıq olub (əvvəlki il 993,7 milyon manat kəsir yaranmışdı).