“Əhalinin kommunal ödəmələrinə diqqət yetirmək lazımdır. Ötənilki qərarlar səbəbindən orta statistik vətəndaş üçün istehlak eyni qaldığı halda kommunal xərclər 50% artıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Zahid Oruc bildirib.
“Qida inflyasiyasının 20% olduğu şəraitdə ünvanlı sosial yardım alanların sayı əvvəlki illərlə müqayisədə dəyişməyib”, - deyə deputat qeyd edib.
Z. Oruc, eyni zamanda vurğulayıb ki, regionlarda idarəetməni mobil və çevik etmək, xərcləri daha ünvanlı etmək üçün əhalisinin sayı 50 min nəfərdən az olan kiçik rayonların birləşdirilməsi vacibdir.
Eldar Tanrıverdi
Son xəbərlər
Son Xəbərlər