“Ötən il keçirilən sertifikasiya imtahanlarında uğur qazanmayan müəllimlər üçün təkrar imtahanların iyulun sonu-avqustun əvvəli keçirilməsi planlaşdırılır”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, keçən il uğur qazanmayan 2800 müəllim üçün keçirilən təlimlər tam başa çatmalıdır:
“Bu gündən etibarən builki imtahanlarda ilk dəfə iştirak edəcək müəllim namizədlərə bildirişlər göndəriləcək. Onların arasında Azərbaycan dili və ədəbiyyat, eləcə də ötən il regionlardakı məktəblərdə çalışan ibtidai sinif müəllimləri var”.
Həmçinin oxuyun: Новый седан бренда CHERY стоимостью 29 900 AZN уже в Баку!
Son xəbərlər
Son Xəbərlər