“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə Ələt-Astara yolunun 149-cu kilometrliyində, Cəlilabad rayonu ərazisində qeydə alınıb.
“Volkswagen” markalı minik avtomobili “ZİL” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobilin mühərrik hissəsində elektrik avadanlığı yanıb. Minik avtomobilinin qalan hissəsi, yük avtomobili və banına yığılan 2 ton ot bağlaması yanğından mühafizə olunub. Yanğın saat 23:20-də söndürülüb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər