Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "Kamaz” markalı yük avtomobilində yanğın baş verib.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yanğın Kamaz-ın banına yığılmış ot bağlamalarında başlayıb. Hadisə nəticəsində 6,5 ton ot bağlamasının 2,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər