Hacıqabul rayonunda bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 1-də 1992-ci il təvəllüdlü Qasımov Rəvan Fətəli oğlu bıçaq yarası xəsarəti ilə Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Araşdırma zamanı məlum olub ki, fevralın 1-i saat 10 radələrində Qaradağ rayonu, Qobustan qəsəbə sakini 1991-ci il təvəllüdlü Sahibzaman Nadirov rayonun Atbulaq kəndi ərazisində yerləşən otlaq sahəsində şəxsi münasibətlərdən yaranan mübahisə zamanı R.Qasımovu kürəyindən bıçaq zərbəsi ilə vurub.
Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Polis və prokurorluq orqanlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində S.Nadirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər