Otuz yaşlı həmkəndlisini ov edərkən öldürübmüş

otuz-yasli-hemkendlisini-ov-ederken-oldurubmus
Oxunma sayı: 2575

Baş Prokurorluq Şəkidə törədilən qətl hadisəsi ilə bağlı açıqlama yayıb.

Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, rayonun Baş Küngüt kənd sakinləri - 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayev dağlıq-meşəlik ərazidə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri davam etdirilir.