Ermənistan Müdafiə Nazirliyinin sabiq nümayəndəsi Artsrun Ovannisyan ABŞ-a qaçıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Tvitter səhifəsində yazıb:
“Erməni hərbi təbliğatının ruporu Artsrun Ovhannisyan ABŞ-a mühacirət etdi. “Los-Ancelesə uçuş ərəfəsində sərnişinlər Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Ovannisyana diqqət yetirdilər. O və bacısı Qətər reysi ilə uçurdular. Göyərtədə xeyli insan var idi. Hamı ona qışqırdı. Ancaq o buna məhəl qoymurdu” – deyə şahidlərdən biri söyləyib”.