Ovannisyan Müdafiə Nazirliyindən getdi

ovannisyan-mudafie-nazirliyinden-getdi
Oxunma sayı: 2760

Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi, nazirliyin Kadrlar və hərbi-təhsil siyasəti baş idarəsinin təhsil şöbəsinin müdiri Artsrun Ovannisyan tutduğu vəzifədən istefa verib.

Bu barədə “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir.

Məlumata görə, Ovannisyan təxminən bir həftə əvvəl istefa ərizəsi yazıb.

İlkin məlumata görə, buna səbəb yeni müdafiə naziri Vaqarşak Arutyunyanla fikir ayrılığı olub.