“Ovaxtkı kimi diktator var, film susmamalıdır” - Zelenski Kann kinofestivalının iştirakçılarına səsləndi

ovaxtki-kimi-diktator-var-film-susmamalidir
Oxunma sayı: 1161

Ukrayna Prezidenti Volodimir Zelenski Kann kinofestivalının iştirakçıları qarşısında çıxış edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Prezidentin teleqram kanalında paylaşılıb.

Prezident Zelenski çıxışında kinofestival iştirakçılarına müraciət edərək Çarli Çaplinin sözlərini xatırladıb:

"İnsan nifrəti keçəcək, diktatorlar öləcək, xalqın əlindən aldığı hakimiyyət xalqa qayıdacaq. İnsanlar ölərkən, azadlıq heç vaxt məhv olmayacaq..."

"O vaxtdan bəri bəşəriyyət çox gözəl filmlər çəkdi. Deyəsən, hamı artıq başa düşmüşdü ki, insanları çirkinlərlə, bomba sığınacaqlarına yığmaqla deyil, gözəlləri ekranlara yığmaqla fəth etmək olar.

Görünürdü ki, artıq hamı bütün qitəni bürüyə biləcək genişmiqyaslı müharibə formasındakı dəhşətin artıq davam etməyəcəyini düşünürdü.

Amma yenə də ovaxtkı kimi, diktator var. O vaxt olduğu kimi, yenə də azadlıq savaşı gedir. Yenə də ovaxtkı kimi film susmamalıdır”, - deyə müraciətdə bildirib.