Ovçu özünü “ovladı”

ovcu-ozunu-ovladi-
Oxunma sayı: 1060


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 20-də İmişli rayonunun Xubyarlı kəndində Bakı şəhər sakini Muğdad İsrafilov ov edərkən ehtiyatsızlığı nəticəsində tüfəngdən açdığı atəşlə özünə bud nahiyəsindən xəsarət yetirib. 

Xəstəxanaya yerləşdirilən M.İsrafilov orada ölüb. İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb. 

Murad Əhməd