“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə"də dəyişiklik edilib.
Yeni dəyişikliyə əsasən, qoruğun ərazisində ov, balıq və digər su bioresurslarının ovu, habelə ov və balıqçılıq obyektlərinə aid edilməyən heyvanların təsərrüfat məqsədilə istifadə edilməsi və ovlanması qadağan edilir.
Son xəbərlər
Son Xəbərlər