Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 25-də Respublika Hərbi Prokurorluğunun şöbə prokuroru Əhmədov Rəhman Bayram oğlu odlu silah xəsarətləri ilə xəstəxanaya müraciət edib.
Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, yanvarın 24-də saat 21 radələrində R.Əhmədov ov etmək məqsədi ilə dostları ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndi yaxınlığındakı fermaya gedib, orada dostu Murtuzov İdris Xanbala oğlunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəş zamanı bədən xəsarətləri alıb.
Fakta görə Cinayət Məcəlləsinin 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir, eyni zamanda R.Əhmədov barəsində Respublika Hərbi Prokurorluğunda xidməti yoxlama aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər