Moskvada Rusiya və Ermənistanın Baş nazirlərinin müavinləri Aleksey Overçukla Mqer Qriqoryan arasında görüş keçirilib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.
Tərəflər görüş zamanı Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpa edilməsi, eləcə də iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Son xəbərlər
Son Xəbərlər