“Övlad sahibi olmaq bəxt məsələsidir...”

ovlad-sahibi-olmaq-bext-meselesidir
Oxunma sayı: 6811

Türkiyəli aktrisa Neslihan Atagül niyə övlad sahibi olmadığına aydınlıq gətirib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər fürsətdə uşaqları sevdiyini dilə gətirən 29 yaşlı aktrisa jurnalistlərin “Uşaq həsrəti çəkirsinizmi?” sualına belə cavab verib: “Bunlar bəxt məsələsidir. İş-gücümüz var. Bu, istəyib-istəməməklə bağlı deyil. Sadəcə hər şeyi axarına buraxdım. Mən bu həyatı yaşayıram”.

Qeyd edək ki, N. Atagülün ilk baş rol oynadığı ekran işi “Fatih Harbiye” teleserialı olub. O, bu serialdakı tərəf müqabili Kadir Doğulu ilə 2016-cı ildə ailə həyatı qurub. Cütlük səkkiz ildən sonra “Gecənin ucunda” adlı seriada birlikdə rol alacaq.