Amerikalı model və aktrisa Emili Ratakovski öz instaqram hesabında paylaşdığı foto ilə daha bir qalmaqala imza atıb.
“Qafqazinfo” “Spletnik”ə istinadən xəbər verir ki, modelin 1 yaşlı oğlu Silvesterin bədənində tatu etdirdiyi iddia olunur.
Belə ki, Ratakovskinin paylaşdığı fotoda bədənlərinin müxtəlif hissələrində oğlunun ləqəbinin, yəni Sly tatusunu görmək mümkün olub. Fotodakı şəxslərin Emilinin özü, həyat yoldaşı Sebastyan Bir-Makklard və övladları Silvester olduğu güman edilir.
Sözügedən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub və modelin izləyiciləri tərəfindən kəskin tənqid olunub. İzləyicilər Silvesterin tatu etdirmək üçün hələ körpə olduğunu vurğulayıblar.
E.Ratakovski isə məsələ ilə bağlı hələ ki, açıqlama verməyib.
Qeyd edək ki, 31 yaşlı model övladı ilə bağlı daha əvvəl də tənqid olunub. Belə ki, model övladı ilə düzgün davranmamaqda və onu bir çanta kimi tutmaqda günahlandırılıb.


Son xəbərlər
Son Xəbərlər