Kanadanın Baş naziri Castin Trüdo özünü ətrafdan təcrid edib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb onun övladlarından birinin koronavirusa yoluxmasıdır.
C.Trüdonun 3 övladı var və uşaqlardan məhz hansının yoluxduğu qeyd olunmayıb.
Trüdo bu xəbərin ardından karantin rejiminə keçib və bu səbəbdən də yanvarın 31-i parlamentin bu il üçün ilk iclasına videokonfrans formatında qatılacaq.
Son xəbərlər
Son Xəbərlər