Ovladığı dovşanla birgə saxlanıldı

ovladigi-dovsanla-birge-saxlanildi
Oxunma sayı: 899

İmişlidə qanunsuz ov edən şəxs tutulub.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 28-də qanunsuz ov etdiyinə görə Kamil Həsənov İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Ondan 1 ədəd “İJ-43” markalı ov tüfəngi və 14 ədəd patron, habelə ovladığı 1 ədəd dovşan götürülüb. 

Araşdırma aparılır.