Övladını və yoldaşını itirən qadın özünü körpüdən ataraq öldürdü

ovladini-ve-yoldasini-itiren-qadin-ozunu-korpuden-ataraq-oldurdu
Oxunma sayı: 8509

Bir neçə gün əvvəl özünü körpüdən atan qadın xəstəxanada ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə fevralın 14-də şəhərin Nizami Gəncəvi prospektində, Gəncəçay üzərində olan körpüdə baş verib. Şəhər sakini, 1971-ci il təvəllüdlü Vəfa Əliyeva körpüdən özünü ataraq intihara cəhd edib. Ağır bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, V.Əliyeva ötən gecə xəstəxanada vəfat edib.

***

İlkin məlumata görə, V.Əliyevanın bir neçə il əvvəl övladı dünyasını dəyişib. Ondan əvvəl isə həyat yoldaşı ölüb. Onun bu səbəbdən özünü öldürmək istədiyi bildirilir.

Elmar Əli

Xəbəri rus dilində oxuyun: Протестующие написали на грузовике имена этих чиновников - Видео

Найден пропавший в Баку курсант