Fevral ayında Los-Angelesdə evlənən Mahsun Krımızıgül qız atası olacaq.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni hüquqşunas Ece Binayla ilk körpələrini may ayında qucaqlarına alacaqlar.
İlk evliliyindən Mahmud adında bir oğlu olan Kırmızıgül bu dəfə qız atası olma həyəcanı yaşayır. Doğuşdan sonra bir müddət daha Amerikada qalacaq cütlük yaz aylarında İstanbula dönəyi müəyyənləşib.
Qeyd edək ki, cütlüyün toyu fevralın 13-də Los-Ancelesdə olub. Müğənni toyuna 200 min dollar xərcləmişdi.
Xatırladaq ki, bir müddət əvvəl müğənninin oğlan atası olacağı barədə xəbərlər yayılmışdı.
Son xəbərlər
Son Xəbərlər