“Övladlarımızı narkomaniyadan qoruyaq” mövzusunda tədbir

ovladlarimizi-narkomaniyadan-qoruyaq-movzusunda-tedbir-
Oxunma sayı: 668

Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun BMT-nin “Narkotiklərlə Mübarizə Günü”nə həsr olunmuş “Övladlarımızı narkomaniyadan qoruyaq” mövzusunda tədbir keçirilib.

Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə 258 saylı tam orta məktəbin direktoru Sədaqət Hüseynova açaraq bildirib ki, narkomaniya və onun törətdiyi fəsadlar haqqında hər bir vətəndaş maarifləndirilməli, xüsusən yeniyetmə və gənclər arasında geniş təbliğat işləri aparılmalıdır.

Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Nərimanov Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri İradə Mahmudova bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verib.

Natiq bildirib ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.

Sonda müəllim və valideynləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.