“Övladlığa götürülən şəxs əmisi qızı, xalası qızı ilə evlənə biləcək”

ovladliga-goturulen-sexs-emisi-qizi-xalasi-qizi-ile-evlene-bilecek
Oxunma sayı: 2200

“Bu qanuna ona görə bioloji qohumluluq anlayışını gətiririk ki, övladlığa götürülən şəxsə qadağalar şamil olunmur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deyib. 

“Belə ki, övladlığa götürülən şəxs öz əmisi qızı, dayısı qızı, xalası qızı ilə rahatlıqla evlənə bilər. Digər maddədə isə şəxsin öz bioloji qohumluğu olan xalası, dayısı, əmisi ilə evlənməsi qadağa olunur. Zatən bu, mentalitetimizdə hər zaman tənzimlənib. Lakin yenə də eyni qaydada övladlığa götürülən şəxs nəzəri baxımından sadalanan şəxslərlə ailə həyatı qura bilər. Bu şəxslərə qanun qadağa qoymur”, - deyə şöbə müdiri vurğulayıb.

Zaur Mirzə