Övladlığagötürmə prosesi də elektronlaşdırılır

ovladligagoturme-prosesi-de-elektronlasdirilir
Oxunma sayı: 704

Noyabr ayından yeni övladlığagötürmə modelinin təqdim edilməsi nəzərdə tutulur. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov verib.

O bildirib ki, artıq məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb: "Övladlığa götürmə ilə bağlı vətəndaşların işini asanlaşdırmağa çalışırıq. Artıq il yarımdır ki, bir neçə müstəvidə işlər gedir. Yeni modelə əsasən valideyn olmaq istəyən şəxslərlə görüşlər keçiriləcək, təlimlər olacaq, 3 aylıq sınaq müddətindən sonra məhkəmə vasitəsilə uşağın övladlığa verilməsi həyata keçiriləcək. Statistikaya nəzər salsaq son 3 il ərzində övladlığa götürmə ilə bağlı faiz çox aşağıdır.

Valideyn namizədlərin işlərini asanlaşdırmaq baxımından noyabrın əvvəlinə kimi elektron sistemin tətbiq olunması nəzərdə tutulur".

Günel Hacı