Rusiyanın “Birinci kanal”ının keçmiş redaktoru Marina Ovsyannikova Almaniyanın tanınmış “Die Welt” qəzetində işə başlayıb.
“Qafqazinfo” RTE nəşrinə istinadən xəbər verir ki, o, qəzet üçün frilans müxbir kimi çalışacaq, Rusiya və Ukraynadakı hadisələri işıqlandıracaq.
Qeyd edək ki, M. Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb. Onun barəsində iki cinayət işi açılıb: razılaşdırılmamış aksiya təşkil etmə və Rusiya ordusu haqda feyk yayma. Birinci işə görə jurnalist 30 min rubl (303 AZN) məbləğində cərimə edilib, ikinci işə görə isə o, həbs oluna bilər.
Daha əvvəl Ovsyannikova Rusiyanı tərk etmək fikrində olmadığını demişdi.
Son xəbərlər
Son Xəbərlər