Ovusu ağır zədə aldı

ovusu-agir-zede-aldi
Oxunma sayı: 2943

Bu qış “Qarabağ”dan ayrılaraq Macarıstanın “Ferentsvaroş” klubuna transfer olunan Kvabena Ovusu ağır zədə alıb.

“Qafqazinfo” xəbər verir ki, qanalı hücumçu “Uypeşt”lə matçın sonlarında zədələnib.

Rəqib futbolçu ilə mübarizə zamanı topuğunu zədələyən 25 yaşlı forvard meydanı xərəkdə tərk edib.

Onu da xatırladaq ki, “Qarabağ”ı bu qış tərk edən və Rusiyanın “Krasnodar” klubuna transfer olunan Kadi Borges də debüt matçında ağır zədə almışdı.