“Qarabağ çaylarında suların keyfiyyətini öyrənmək üçün Milli Hidrometeorologiya Xidməti tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Hazırda Bərgüşad, Oxçuçay və digər çaylardan nümunələr götürülüb və təhlillər aparılıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, təhlillər ən çox çirklənmənin Oxçuçayda müşahidə olunduğunu bildirib: “Bu çayda nikelin miqdarı 5,5, dəmirin miqdarı isə 4,5 dəfə normadan artıqdır. Səbəbləri də bizim üçün bəllidir. Bununla bağlı bütün beynəlxalq platformalara çatdırırıq”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər