Oxçuçayla bağlı Avropa azərbaycanlılarına müraciət - Video

oxcucayla-bagli-avropa-azerbaycanlilarina-muraciet
Oxunma sayı: 1563

Avropa azərbaycanlıları Araz çayının sol qolu olan Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsinə etiraz olaraq aksiyalara dəvət olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı video-müraciət yayılıb. Müraciətdə bildirilir ki, Almaniyanın Avropada 35-dən artıq filialı olan və resayklinqlə məşğul olan “CA Cronimet” şirkətinin Ermənistandakı filialı kimyəvi tullantıları Oxçuçaya axıdır. Oxçuçay Azərbaycan ərazisindən keçdiyinə görə fauna və floramıza böyük ziyan vurulur.

Bu səbəbdən Avropa azərbaycanlıları buna qarşı keçiriləcək etiraz aksiyalarına dəvət edilib.