Oxumaq istəyənlər üçün “Tarqovu”da səhnə- - Fotolar

oxumaq-isteyenler-ucun-tarqovuda-sehne-
Oxunma sayı: 3545


“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, səhnənin adı “İFAM On The Stage” Azərbaycan dilində “mənim ifam” kimi, ingilis dilində isə “if i am on the stage”, yəni “əgər mən səhnədə olsaydım” kimi başa düşülür.

Sözügedən səhnə Bakı-2015 Avropa Oyunlarına dəstəyini nümayiş etdirən peşəkar ifaçılarla yanaşı, həvəskarlara da xalq qarşısında ifa etmək imkanı yaradıır.

İFAM səhnəsi Fəvvarələr meydanında quraşdırılıb. Səhnədə müxtəlif dillərdə pop, rok, rep, eləcə də xalq mahnılarını ifa etmək mümkündür. 

İfaçılar solo və duet şəklində öz ifalarını əvvəlcədən hazırlaşmaqla xalqa təqdim edə bilərlər.

Bakı-2015 1-ci Avropa Oyunları ərəfəsində təşkil olunan İFAM xalq səhnəsi Avropa Oyunlarının yekunlarınadək hər gün saat 17:00-dan 21:00-dək mahnı oxumaq, rəqs etmək, şeir demək qabiliyyətlərinə malik, eləcə də asudə vaxtını səmərəli keçirmək istəyən hər kəsə açıqdır.