Oya Bakıda təqdimat etdi - Fotolar

oya-bakida-teqdimat-etdi-fotolar
Oxunma sayı: 682

“Qafqazinfo”nun məlumatına görə, ifaçı sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Türkiyənin tanınmış bəstəçilərindən biri olan Emre Dündara aid olan “Bir sən bir İstanbulum” və “Niyə Yalnızsın?” mahnılarının daxil olduğu “Ruhum” albomunu Muğam Klubda təqdim edib. Təqdimat mərasimində millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə, Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova, tanınmış müğənni Yaqub Zurufçu, TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yüksəl Dəyərcan, Xəzər TV-nin nümayəndəsi Səbuhi, simsar.az saytının rəhbəri İradə Nurəddinqızı və digər qonaqlar da iştirak edib.

Oya Ergün qeyd edib ki, yeni albomun əsas özəlliyi Türkiyə və Azərbaycanın ortaq işbirliyi sayəsində meydana gəlməsidir. Azərbaycan musiqisinə heyranlığını bildirən sənətçi musiqisevərlər üçün alboma daxil olan bir neçə mahnı da ifa edib.