“Qafqazinfo”nun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanan albomda Rəşid Behbudovun lentə aldığı mahnılar yer alacaqdır.
Hazırda albomu türkiyəli bəstəkar Uğraş Durmuş ilə birgə Azərbaycan Dövlət Filarmoniyasında lentə aldığını söyləyən Ergün Bakıda olmağından məmnunluğunu dilə gətirərək pərəstişkarlarından xeyli məktublar aldığını diqqətə çatdırıb:
“Mən hər zaman Rəşid Behbudovun heyranı olmuşam. Belə səs yoxdur. Allah onu rəhmət eləsin möhtəşəm bir sənətkar olub. Belə bir musiqi albomunun işıq üzü görməsi mənim arzularımdan biridir. Bu arzumun gerçəkləşəcəyi üçün çox sevincliyəm. Hisslərimi sözlə ifadə edə bilmirəm. Bu iş böyük məsuliyyət tələb edir. Ümidvaram ki, Rəşid Behbudovun heyranı olan musiqisevərlər bizim hazırladığımız albomdan çox məmnun qalacaqlar. Mən hazırda mahnıları lentə aldığım Azərbaycan Dövlət Filarmoniyasın işçilərinə öz təşəkkürlərimi bildirirəm”.
Qeyd edək ki, albomdə 12 mahnı yer alacaq.
Son xəbərlər
Son Xəbərlər