Ofisait mağazalar şəbəkəsi “İnşaatçılar” filialında uşaqlar arasında “Xəyallarını Xəmirdən Qur!” adlı yarışma keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, Ofisait mağazasında məktəblilər arasında yarışmanın keçirilməsində əsas məqsəd övladınıza oyun xəmirlərindən istifadə edərək özünü ifadə etmək şansı verməkdir. Bununla da övladınız həm əylənəcək, həm də bir-birindən gözəl hədiyyələr qazanmaq şansı əldə edəcək.
Yarışma 17 avqust tarixində, saat 11:00-14:00-da keçiriləcəkdir. 3 hissə halında həyata keçirilməsi nəzərdə tutulan yarışmada, uşaqlar onlara verilən oyun xəmirləri ilə seçdikləri kartda yazılan fiquru müəyyən vaxt ərzində hazırlamağa çalışacaq.
Yarışmada iştirak etmək istəyənlərin qeydiyyatdan keçməsi mütləqdi.
Qeydiyyat linki: https://goo.gl/forms/QdQdPqMeEDJiGFJk1
15 Avqust 2018-ci il tarixində qeydiyyatdan keçmiş məktəblilərlə əlaqə saxlanılıb, ətraflı məlumat veriləcəkdir. Qeyd edək ki, layihədə iştirak haqqı yoxdur. Yarış iştirakçılarına ödənişsiz çay və su fasiləsi olacaqdır. İştirakçılara isə OYALPlus’dan müxtəlif hədiyyələr veriləcək.
Layihə və qeydiyyat ilə bağlı daha ətraflı məlumat almaq üçün 012 310 43 10 nömrəli Məlumat Mərkəzindən, həmçinin “Ofisait”in Facebook və Instagram səhifələrindən əldə etmək olar.
Qeyd edək ki, OYAL brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda tələbələrin, iş adamlarının və valideynlərin sevimlisinə çevrilmişdir. Şirkətin məhsullarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündü.

.jpg)
Son xəbərlər
Son Xəbərlər