“Oyananda heç nə xatırlamayacaq...” - Bu xəstəliyə diqqət edin

oyananda-hec-ne-xatirlamayacaq
Oxunma sayı: 2676

 "Epileptik tutma zamanı xəstəyə müdaxilə etmək olmaz". "Qafqazinfo" xəbər verir ki, bu barədə nevroloq Rayihə Xudiyeva sosial şəbəkədə məlumat yayıb.

O, epileptik tutma keçirən xəstəyə qarşı diqqətli olmağı qeyd edib

"Barmaqla, qaşıqla və s dişlərini açmağa çalışmayın.

 Dilini tutmağa çalışmayın. Çünki düşündüyünüz kimi dili boğazına gedib xəstəni boğmaz.

Ətrafından sərt əşyaları uzaqlaşdırın, dəyib əlavə travma almasın.

Boğazını sıxan şərfi və ya qalstuku varsa, açın.

Xəstəni böyrü üstə çevirib tutmanın keçməsini gözləyin.

Tutmadan sonra qeyri-ixtiyari sidik və nəcis ifrazı ola bilər.

1-2 dəqiqəyə tutma keçəcək və xəstə yuxulayacaq.

Oyananda heç nə xatırlamayacaq.

Tutma çox davam edərsə, təcili tibbi yardım çağırın".