Bu gün Topaz Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
“Qafqazinfo” xәbәr verir ki, "Kәpәz" Gәncәdә "Qarabağ"ı qәbul edib.
Oyun 2:1 hesabı ilә Ağdam tәmsilçisinin xeyrinә başa çatıb.
Oyundan sonra “Qarabağ”ın baş mәşqçisi Qurban Qurbanov oyunu dәyәrlәndirib: “Düşünürәm ki, çempionatın әn vacib 3 xalını qazandıq. Belә azarkeşlәr qarşısında, belә meydanda oynamaq çәtin idi. Standart vәziyyәtlәrdәn yararlandıq. Şahin Diniyevi tәbrik edirәm. Yaxşı komanda yaradıb. Çәtin oldu, amma 3 xal qazandıq. Bu mövsüm 3 oyunda "Kәpәz"i mәğlub etmişik. Yaxşı nәticәdir”.
Son xəbərlər
Son Xəbərlər