Oyun bərabərliklə başa çatdı- - Yenilənib

oyun-beraberlikle-basa-catdi-
Oxunma sayı: 1508


 “Qafqazinfo” xəbər verir ki, hazırda “Mançester Yunyated” “Old Traford” stadionunda “Bavariya”nı qəbul edir. İlk görüşdə inamlı nəticə əldə etmək “Bavariya” üçün cavab matçı ərəfəsində olduqca vacibdir. “Mançester Yunyated” bu il nə qədər zəif təsir bağışlasa  da, güclü rəqibinə qarşı başa-baş mübarizə aparmaq iqtidarındadır.

***

İlk hissədə qol olmadı. Tərəflərin heç biri fərqlənə bilmir.

***

"Old Traford" stadionunda hələki, qol səsi çıxmır. Hesab dəyişməz qalıb 0-0

***

59-cu dəqiqədə künc zərbəsindən sonra başla dəqiq oynayan Nemanya Vidiç "Mançesteri" hesabda önə çıxarıb. 1-0

***

Bastiyan Şvaynştayqer 62-ci dəqiqədə "Bavariya"nın bərabərlik qoluna imza atıb. Qalan dəqiqələrdə matç daha da maraqlı və çəkişməli olacaq. Ancaq görüş bu hesabla bitsə də, "Bavariya"ya cavab matçı üçün sərf edəcək.

***

90-cı dəqiqədə Bastiyan Şvaynştayqer ikinci sarı vərəqə alaraq meydandan qovulub.

***

1/4 final mərhələsinin ilk oyunu 1-1 hesabı ilə başa çatdı. Bu cütlüyün cavab görüşü aprelin 9-da keçiriləcək.

İqbal