Oyun vaxtı infarkt keçirdi, xəstəxanada öldü

oyun-vaxti-infarkt-kecirdi-xestexanada-oldu
Oxunma sayı: 2290

Türkiyə Super Liqasının hesabat turunda keçirilən "Kasımpaşa" - "Denizlispor" matçında meydan sahiblərinin keçmiş idman direktoru Nursal Bilgin infarkt keçirib.

"Qafqazinfo" xəbər verir ki, tribunadan halı pisləşən Bilgin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qarşılaşma "Kasımpaşa"nın 2:1 hesablı qələbəsiylə başa çatıb.