Oyun zalında 21 nəfər saxlanıldı - Video

oyun-zalinda-21-nefer-saxlanildi
Oxunma sayı: 1325

Bakıda gizli fəaliyyət göstərən “playstation” oyun zalı aşkar edilib

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu, F.X.Xoyski küçəsində epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa - playstation” oyun zalı aşkar edilib.

“Alfa Playstation club”a baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.