“Oyuncaq” filminin aktyoru vəfat etdi

oyuncaq-filminin-aktyoru-vefat-etdi
Oxunma sayı: 2418

Fransalı teatr və kino aktyoru Mişel Buke 96 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “France Press” agentliyi aktyorun Mətbuat xidmətinə istinadən yazıb.

Bildirilir ki, Buke Paris xəstəxanalarının birində vəfat edib. Onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, M. Buke 1976-cı ildə işıq üzü görmüş “Oyuncaq” filmindəki obrazı sayəsində populyarlıq qazanıb.

O, karyerası boyu iki dəfə “Sezar” mükafatına layiq görülüb.