İspaniya millisinin ulduzu Andre İnyesta Rusiyaya uduzduqları oyunu şərh edib.
“Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu günahı məşqçidə deyil futbolçularda olduğunu bildirib.
O, məğlubiyyətin çox çətin olduğunu deyib: “Bizim üçün çox çətindir. Geri dönmək çətindir.
Bu qlobal məğlubiyyəti təhlilini həyata keçirmək lazımdır. Daha irəli gedə bilmədik. Amma futbolda hər şey olur. Hər şeyi məşqçinin üzərinə yıxmaq lazım deyil. Həmişə oyunçular günahlandırılmalıdır. Məşqçi əlindən gələn hər şeyi etdi”.
Son xəbərlər
Son Xəbərlər