“Oyunçularımızla fəxr etməlisiniz”- - Millinin baş məşqçisi

oyuncularimizla-fexr-etmelisiniz-
Oxunma sayı: 726


“Qafqazinfo” xəbər verir ki, H qrupunda yer alan Azərbaycan millisi evdə Xorvatiya ilə 0:0 bərabərə qalıb. 

Qarşılaşmadan sonra qonaqların millimizin baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb:

“Oyunçularımla fəxr edirəm. Çünki bizim rəqibimiz Avropanın ən güclülərindən biri idi. Rauf Əliyevin yox, Məhəmməd Qurbanovun start heyətdə yer almasıyla bağlı suala cavab vermək istəmirəm. İlk növbədə komandanın mübarizəsi hesabına 1 xal qazandıq. Onlarla fəxr edirəm. Rəqibin oyunçuları nəhəng klublarda çıxış edirlər. Onlara qarşı mübarizə aparmaq asan deyildi. Xovatiyanın İtaliya ilə oyundan başqa bütün matçlarda qələbə qazandığını da nəzərə almaq lazımdı. İtaliya ilə matçı çıxmaq şərtilə onlar ilk dəfə xal itirdilər. Məncə, oyunçularımızla fəxr etməlisiniz”.

“Qafqazinfo”