"Tottenhem"in qapıçısı Uqo Lyoris Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, təcrübəli qolkiper bunları dilə gətirib: "Ən vacib olan 3 xal idi ki, onu da qazandıq. Oyundan öncə də demişdim ki, bu, bizim əsas hədəfimizdir. Oyuna çox yavaş başladıq, amma buraxdığımız qoldan sonra özümüzə gəldik. 3 qol vurub, qələbə qazandıq".
Son xəbərlər
Son Xəbərlər