Oyundan sonra azarkeşi bıçaqlayan şəxs tutuldu

oyundan-sonra-azarkesi-bicaqlayan-sexs-tutuldu
Oxunma sayı: 1630

Yanvarın 31-də Bakıda keçirilən Səbail-Kəpəz oyunundan sonra bıçaqlanma hadisəsi törətmiş gənc tutulub.

“Qafqazinfo” xəbər verir ki, Səbail RPİ-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbiri ilə 1997-ci il təvəllüdlü şəxsə ayaq nahiyəsindən xəsarət yetirən Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Ömər Musayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, əməliyyat olunan Rahib adlı azarkeşin həyatı üçün təhlükə yoxdur, müalicəsi davam edir.

Nizam Rza