Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, ölkənin tələbə könüllüləri də bu yarışda yaxından iştirak edirlər.
“Bakı 2017”-nin Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilən könüllülər tamaşaçıların yerləşdirilməsi, xarici və yerli idmançıların, eləcə də media nümayəndələrinin qəbul olunması kimi müxtəlif fəaliyyətləri icra edirlər. İslam Oyunları Əməliyyat Komitəsinə 11 000 nəfər könüllü cəlb olunub.



Son xəbərlər
Son Xəbərlər