“Oyunlarımın videosunu Qvardiolaya göndərmək lazımdır” - “Qəbələ”nin futbolçusu

oyunlarimin-videosunu-qvardiolaya-gondermek-lazimdir
Oxunma sayı: 648

“Qəbələ”nin və Gürcüstan yığmasının yarımmüdafiəçisi Nika Kvekveskiri “sportall.ge” saytında oxuyucuların suallarını cavablandırıb.

“Qafqazinfo” həmin rubrikanı təqdim edir:

"Hər birinizi salamlayıram. Qonaq  kimi məni dəvət etdiyiniz üçün təşəkkür edirəm, həm sizə, həm də oxuyuculara. Sizin bu layihənizə uğurlar arzu edirəm".

-  Nika, Serbiya və Latviyaya qarşı çox gözəl oyun nümayiş etdirdin. Əminəm ki, Pep Qvardiola sənin bu oyununu görsəydi, “Mançester Siti”yə dəvət edərdi. Xabi Alonso, Daniele de Rossi kimi oyunçuların stilində oynayırsan. Bu sizdə ancaq istedada bağlıdı, yoxsa Andrea Pirlo kimi nəzəri biliklərə sahibsiz?

- Belə qiymətləndirmə üçün təşəkkür edirəm. Oyunlarımın videosunu Pep Qvardiolaya göndərmək lazımdı (gülür). İstedadla yanaşı sən də düşüncə qabiliyyəti də olmalıdı. Bunlar hamısı vəhdət təşkil etməlidi. Xoşbxətlikdən əvvələr olduğu kimi, indi də güclü məşqçilərlə işləyirəm. Əlbəttə, mövqeyimdə çıxış edən digər oyunçuları, həm də ulduzları izləyirəm və özümü inkişaf etdirirəm. 

- Uşaq vaxtından kumiriniz olan hansısa oyunçu ilə formanızı dəyişmisiz?

- Kumirim olan oyunçularla forma dəyişdirməmişəm. Mən onlarla ancaq yuxuda qarşılaşa bilərəm. 

- Nika, sizin “Kolxeti”yə vurduğunuz qolu hələ də xatırlayıram. Onda çox gənc idin. O oyundan sonra milliyə də dəvət aldın.

- Doğru söyləyirsiz. Onda  millidə Kaxa Kaladze, Levan Kobiaşvişi, Aleksandr İaşvili, Malxaz Asatiani, Zurab Xizanişvili kimi oyunçular var idi. Mənim üçün böyük xoşbəxtlik idi. Həmin gündən artıq 7 il keçib. Ümid edirəm ki, hər şey qaydasında davam edər.

- Siz milli komandaların bütün yaş qruplarında oynamısız. Bu hissləri anlada bilərsiz?

- Bunu 3 sözlə ifadə etmək istəyirəm: sevgi, məsuliyyət, fəxr!

- Milli çempionatımızı izləyirsiz? Məslən, bizdə “Dinamo” kimi klub necə etsin ki, “Qəbələ” kimi Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etsin?

- Bəli, mütəmadi olaraq izləyirəm. Çempionluq üçün yaxşı infrastruktur və maliyyə dəstəyi lazımdı. Yaxşı maliyyə ilə “Dinamo” qrup mərhələsinin qapısını aralaya bilər. Gürcüstanda istedadlı futbolçular çoxdu və ölkəmizdə inkişaf var.

- Mən sizin soyadınızı tələffüz edərkən çətinlik çəkirəm (gülür). Bəs azərbaycanlılar?

- Uşaqlıqdan futbola gedəndə Kvekve yazdırırdım köynəyimə. Soyadımı tələffüz etmək çətindi. Ailə üzvlərim də tələffüz zamnı problemlə üzləşir (gülür). Hesab edirəm ki, azərbaycanlılar da çətinlik çəkər (gülür).

- “Dila”dan sonra Bakı “İnter”inə getdiniz. Daha sonra isə “Qəbələ”yə keçdiniz və Avropa Liqasının qrup mərhələsində çıxış etdiniz. İnkişafınızda “Qəbələ”nin nə rolu var?

- Bəli, Avropa Liqasında yaxşı təcrübə qazandım. İnkişafımda “Qəbələ” böyük rol oynayır.

- Təcrübəli futbolçu kimi gənc oyunçulara məsləhət verərdiz...

- Sizə pis oyunçu deyənlərə qulaq asın, əksini deyənləri isə dinləməyin (gülür).  Sizə yol göstərən adamları dinləyin və işə peşəkar yanaşın.

- Azərbaycan və Gürcüstan çempionatlarının nə fərqi var?

- Təəssüflə deməliyəm ki, “Qarabağ” və “Qəbələ” klubları ölkəmizin klublarından səviyyə baxımından çox irəlidədir. Çempionatlar arasında isə fərq böyük deyil.

- Hazırda hansı futbolçunu və komandanı bəyənirsiz?

- Bəyəndiyim futbolçu Serxio Busketsdi. Komanda isə “Barselona”.

- Karyerası uğurlu olan futbolçular 2 hissəyə bölünür: istedadı ilə irəli gedənlər və əziyyət çəkmək hesabına. Sizdə bunlardan hansıdı?

- Dəqiq də bilmirəm, amma istedadıma görə tanınıram. Mənə bir az gec qiymət verildi.

- “Dinamo” (Tiblisi) karyeranızı necə qiymətləndirirsiz?

- Zəngin təcrübə qazandım. Yaxşı və pis günlərim oldu. Bu, mənə hər zaman kömək olacaq.

- “Dinamo” və “Qəbələ”də hansı oyunlar sənin üçün unudulmazdı?

-  Yaxşı xatırlayıram, “Dinamo”nun heyətində “Torpedo”ya 2:0 hesabı ilə qalib gəlmişdik. “Qəbələ”nin heyətində isə “Lill”i 1:0 hesabı ilə üstələydiyimiz oyun xatirimdədi.

- Gələcək karyeranızı necə planlaşdırmısız?

- Masimum şəkildə çox çalışmaq lazımdı.

- Özünüzü hansı mövqeydı rahat hiss edirsiz?

-  Yarımmüdafiə xəttində. Demək olar ki, bütün mövqelərdə çıxış etmişəm, ama orta sahədə rahatam.

- Futbolda özünüzü başqa necə təsəvvür edirsiz?

- Məşqçi olmaq istəyirəm. Hər zaman məşqçilərin işini diqqətlə izləyirəm. İndidən yavaş-yavaş hazırlaşıram. Ümid edirəm ki, nəsə alınacaq.

- Milli karyerana üstünlük verirsiniz yoxsa klub?

- Futbolu milli komanda üçün oynamalısan, amma sənin karyeran da olmalıdı. Bu olmasa, mümkün deyil. Amma konkret cavab istəyirsinizsə, millini seçirəm. Bütün futbolçular bu suala belə cavab verər.

- “Dinamo”ya geri qayıtmağı arzu edirsiz?

- Bəli, belə arzum var. Bunun nə zaman olacağını isə bilmirəm. Bu reallaşsa, ancaq xoşbəxt olaram.

- Dünyanın ən güclü komandası və çempionatı hansıdı?

- Bağışlayın, amma mən buna səmimi cavab verməyəcəm (gülür). İspaniya La Liqası və “Barselona”.

- David de Xeaya vurduğun qolu xatırlayırsan?

- Həmin gün atamın doğum günü idi (gülür). Xatırlayıram, ona qol vurmaq üçün vəd vermişdim. Çox sevinirəm ki, atamın ad günündə qol vurdum.

- Azərbaycanlılar gürcülərə necə münasibət göstərir?

- Deyərdim ki, yaxşı. Şəxsən mən hara getmişəmsə, pis münasibət görməmişəm. Bisim istedad və futbola böyük qiymət verilir.

- Uşağınız sizin oyunu seyr edir? Baxırsa, məsləhətləri necədi?

- Oyunumu izləsə də, taktika anlayışı yoxdu. Amma hansı mövqedə oynadığımı bilir.