“Öz aramızda danışmışdıq ki, qələbə qazanaq”

oz-aramizda-danismisdiq-ki-qelebe-qazanaq
Oxunma sayı: 754

Topaz Premyer Liqasının 17-ci turunda "Zirə" səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzub. "Qafqazinfo" xəbər verir ki, zirəlilərin baş məşqçisi Ayxan Abbasov keçirilən mətbuat konfransında matç haqqında fikirlərini bildirib. Gənc mütəxəssis məğlubiyyətə belə şərh verib:

"Bilirdik ki, "Qarabağ"a qarşı oynamaq çətindir. Onlara qarşı uduzmaq sindormunu qırmaq istəyirdik. Öz aramızda danışmışdıq ki, qələbə qazanaq. İki qələbədən sonra xal qazanmaq fikrindəydik. İtkilərimiz də var idi. Müdafiə xəttində çətinlik çəkdik. Sıx qrafikdə oynamaq çətindir. Buna görə də zədələr olur".