“Öz dünyanı boya”... - Qaliblər mükafatlandırıldı+ Fotolar

“Öz dünyanı boya”...
Oxunma sayı: 2146

Bu gün “Öz dünyanı boya” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qafqazinfo”nun məlumatına görə, müsabiqə Azərbaycan inşaat sektorunun qabaqcıl şirkətlərindən olan "FAB Boya və Kimya Sənayesi MMC"nin təşkilatcılığı, Rəssamlar İttifaqının dəstəyi ilə məktəblilər arasında keçirilib. Sərgidə 170 şagirdin 200-dən çox əl işi nümayiş olunub.

Dekabrın 17-də keçirilən müsabiqənin I hissəsində "FAB Boya və Kimya Sənayesi MMC" nin təsisçisi Anar Əliyev, baş direktor Kənan Məhərrəmov, münsiflər heyətinin üzvləri rəssamlar ittifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, Arif Hüseynov, əməkdar mədəniyyət işçisi Ziyadxan Əliyev, MR- Art və dizayn studiyasının rəhbəri, Rəssamlar İttifaqının üzvü Rüstəm Məmmədov təqdim olunmuş əsərlərə baxıv, seçilmiş mövzuya uyğun ən yaxşılarını qalib elan ediblər.

Sərgiyə dəvət olunan şagirdlər və qonaqlar əvvəlcə "FAB Boya və Kimya Sənayesi MMC" nin istehsalat prosesi, yenilikləri, məhsul çeşidləri ilə yaxından tanış olublar. Daha sonra sərgini giriş sözu ilə şirkətin baş direktoru Kənan Məhərrəmov açıb. O,gələn qonaqları və sərgi iştirakçılarını salamladıqdan sonra birinci yerə layiq görülmüş iştirakçıları mükafatlandırıb.

İctimaiyyətin, Rəssamlar İttifaqının və KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bir sıra çıxışlar səsləndirilib.

Sonda qaliblər, sərgiyə qatılan bütün iştirakçılar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.